“Almaniya klublarından təklif almışam” - Mahir Mədətov

“Almaniya klublarından təklif almışam” - Mahir Mədətov
XƏBƏR 9 Yanvar 2018 / 16:47 8429
-  A +

“Hazırda Almaniya Bundesliqasının iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri publika.az-a “Qarabağ” klubunun gənc hücumçusu Mahir Mədətov deyib.

O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. M.Mədətov onu transfer etmək istəyən klubların adlarını açıqlamaq istəməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner