"Başakşəhər" Arda ilə razılığa gəldi - rəsmi

"Başakşəhər" Arda ilə razılığa gəldi - rəsmi
XƏBƏR 9 Yanvar 2018 / 15:46 5998
-  A +

"Barselona"nın futbolçusu Arda Turan "Başakşəhər"ə keçməyə yaxındır.

Qol.az-ın xəbərinə görə, 30 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Bu barədə Türkiyə təmsilçisinin prezidenti Göksəl Gümüşdağ klubun  rəsmi saytına açıqlamasında bildirib. O, ancaq bu transferin hələlik tamamlanmadığını bildirib.

Arda ilə görüşmək üçün İspaniyaya gedən klub rəhbəri onu "Başakşəhər"ə keçməyə razı sala bilib. G.Gümüşdağ hazırda transferin tamamlanması üçün oyunçu və "Barsa"nın nümayəndələri ilə danışıqların davam etdiyini vurğulayıb.

Qeyd edək ki, A.Turan bu mövsüm Kataloniya klubunda heç bir rəsmi matçda oynamayıb.


Son xəbərlər