“Foqts və Prosineçki də Azərbaycanda heç nəyə nail ola bilmədilər”

“Foqts və Prosineçki də Azərbaycanda heç nəyə nail ola bilmədilər”
XƏBƏR 9 Yanvar 2018 / 14:40 3785
-  A +

“Qazaxıstanda futbol qalıcı prinsipə uyğun inkişaf edir. Orada heç bir yenilik yoxdur. Saşa Qazaxıstanda pis işləmədi. Ona qədər orada olanlar da hansısa möcüzə göstərməyiblər”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sport den za dnyom” nəşrinə açıqlamasında Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev deyib.
 
Həmkarı Aleksandr Borodyukun Qazaxıstan yığmasından istefasına münasibət bildirən mütəxəssis bu cür komandalarda nəyəsə nail olmağın çətin olduğunu vurğulayıb. B. İqnatyev millimizin keçmiş çalışdırıcıları Berti Foqtsla Robert Prosineçkini misal çəkib:

“Mövcud vəziyyət baş verənlərin əksini göstərir. Orda Borodyukun inkişaf edən dünya futbolu ilə rəqabət aparması çətin idi. Bu cür nümunələr o qədərdir: Azərbaycan millisində çalışan Berti Foqtsla Robert Prosineçkini xatırlayın. Onlar da heç nəyə nail ola bilmədilər. Belə yığmalarda nəyisə dəyişmək çox çətindir. Çünki əllərinin altında material yoxdur. Saşa belə qərar qəbul etdi, vicdanlı davrandı. Düşünürəm ki, özünə yeni iş tapacaq”.

Son xəbərlər