Premyer Liqa klubu baş məşqçisini qovdu

Premyer Liqa klubu baş məşqçisini qovdu
XƏBƏR 9 Yanvar 2018 / 00:24 3264
-  A +

İngiltərənin  "Stok Siti" klubu baş məşqçi Mark Hyuzla yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Komandanın bu mövsüm uğursuz çıxışı Hyuzun qovulması ilə nəticələnib.

"Stok Siti" Premyer Liqada 22 turdan sonra 20 xalla 18-ci pillədə qərarlaşıb.

Qeyd  ki, 54 yaşlı mütəxəssis 2013-cü ildən “Stok Siti”ni çalışdırırdı.

Son xəbərlər
topaz banner