Ardanın forması Koutinyoya verildi – Şəkil

Ardanın forması Koutinyoya verildi –  Şəkil
XƏBƏR 8 Yanvar 2018 / 17:47 7139
-  A +

“Liverpul”dan “Barselona”ya  transfer olunan Filippe Koutinyonun yeni klubunda hansı nömrəli formanı geyinəcəyi bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu Kataloniya təmsilçisində 7 nömrəli formada çıxış edəcək.

Klubun rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formaların satışa çıxarıldığı bildirilir.

Qeyd edək ki, hazırda “Barselona”da 7 nömrəli formanı Arda Turan geyinir. Onun çıxış etdiyi nömrənin Koutinyoya verilməsi Ardanın komandadan göndəriləcəyinin dəqiqləşdiyini göstərir.


Son xəbərlər
topaz banner