"Səbail"in Antalyadakı rəqibləri müəyyənləşdi

"Səbail"in Antalyadakı rəqibləri müəyyənləşdi
XƏBƏR 8 Yanvar 2018 / 17:15 2119
-  A +

“Səbail” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərzində dörd yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı məlumata görə, sınaq rəqiblərindən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.

Premyer Liqamızın debütantı 12 günlük hazırlıq prosesi çərçivəsində yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq. 

Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, "Səbail"in yanvarın 20-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək.


Son xəbərlər
topaz banner