“Barsa”nın 160 milyonluq yeni transferi zədəlidir – 3 həftə oynamayacaq

“Barsa”nın 160 milyonluq yeni transferi zədəlidir –  3 həftə oynamayacaq
XƏBƏR 8 Yanvar 2018 / 16:32 4668
-  A +

"Barselona"nın "Liverpul"dan transfer etdiyi Filipe Koutinyonun yeni klubunda debütü ləngiyəcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədəli olmasıdır.

Bu gün tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ayağında zədə aşkarlanıb. O, 3 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Barsa” Koutinyonu 160 milyon avro qarşılığında transfer edib.

Son xəbərlər
topaz banner