200 milyonluq təklifi geri çevirib - Koutinyo

200 milyonluq təklifi geri çevirib -  Koutinyo
XƏBƏR 8 Yanvar 2018 / 02:02 8439
-  A +

“Barselona” ilə yanaşı “Real” da “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyonu transfer etmək istəyib.

Qol.az-ın məlumatına görə, “Mundo Deportivo” belə bir iddia ilə çıxış edib. Bildirilir ki, “Kral klubu” braziliyalı futbolçuya 200 milyon avro təklif edib.

Lakin Koutinyo “Real”da deyil, “Barselona”dan oynamaq istədiyi üçün təklifi geri çevirib.

Maraqlıdır ki, uşaq vaxtı Neymarla birgə müsahibə verərkən Koutinyo da “Real”a azarkeşlik etdiyini bildirmişdi.

Son xəbərlər