“Arsenal” kubokla vidalaşdı, “Tottenhem” mərhələ adladı

“Arsenal” kubokla vidalaşdı, “Tottenhem” mərhələ adladı
XƏBƏR 8 Yanvar 2018 / 00:00 3248
-  A +

İngiltərə Kubokunda üçüncü mərhələnin oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün mərhələnin daha 4 matçı keçirilib.

“Vest Hem” səfərdə aşağı liqa təmsilçisi “Şrusberi”nin müqavimətini qıra bilməyib. 90 dəqiqə ərzində qalib aşkarlanmadığından cütün taleyi ikinci görüşdə həll olunacaq.

“Tottenhem” öz meydanında “Uimbldon”a şans tanımayıb. 3 cavabsız qol vuran Poçettinonun komandası növbəti mərhələyə adlayıb.

“Arsenal” isə kubokla vidalaşıb. Arsen Vengerin komandası səfərdə “Nottingem Forets” qarşısında aciz qalıb.


İngiltərə Kuboku

III mərhələ

7 yanvar

“Nyuport” - “Lids” 2:1
Qollar:
Berardi, 9 (0:1), Şauqnessi, 76-avtoqol (1:1), MkKoulski, 89 (2:1)

“Şrusberi” - “Vest Hem” 0:0

“Tottenhem”
- “Uimbldon” 3:0
Qollar:
Keyn, 63; 65, Vertongen, 71

“Nottingem Forest” - “Arsenal” 4:2
Qollar:
Lichaj, 20 (1:0), Mertezaker, 23 (1:1), Lichaj, 44 (2:1), Brereton, 64-pen (3:1), Uelbek, 79 (3:2), Dovell, 85-pen (4:2)

Son xəbərlər