Birinci divizionda mübarizə aparan "Xəzər"in "Binə" klubundan yeni transferi Bəxtiyar Soltanov Qol.az saytına müsahibə verib. Təcrübəli futbolçu həm yeni komandaya keçidindən, həm də karyerasındakı enişin səbəblərindən danışıb.
- Əvvəlcə "Xəzər"ə transferindən başlayaq. Keçid necə baş tutdu?
- Hər şey qısa müddətdə oldu. Təklif gəldi, fikirləşdim, dəyərləndirdim. Perspektiv görüdüyüm üçün "Xəzər"ə keçdim.
- "Xəzər"in hansı hədəfləri sənə daha çox maraqlı gəldi?
- Komandanın qarşısına ciddi hədəflər qoyulub. Orda hər cür şərait var. Oynamaq üçün əlverişli komandadır. Mənə dedilər ki, komanda Premyer Liqaya vəsiqə qazanmaq üçün mübarizə aparır. Sonradan nə olacaq bilmirəm, mənə belə deyildi. Türkiyəyə təlim-məşq toplanışına gedəcəyik. Yəqin ki, bütün nu hazırlıqlar Premyer Liqa üçündür. Ona görə bu komandaya gəldim.
- İstedadlı futbolçu hesab olunsan da, karyeranda eniş çox oldu. Bunu nə ilə əlaqələndirirsən?
- Bu barədə çox danışa bilməyəcəm. Çünki yenidən həmin şeylərə qayıtmaq istəmirəm. Müəyyən səhvlər oldu. Çalışacağam ki, onlar bir daha təkrarlanmasın. Bundan sonra əlimdən gələni edəcəm ki, o adı yenidən bərpa edim. Bundan hamı əmin olsun.
- Premyer Liqada iddialı klubların formasını geyinmisən. İndi isə birinci divizionda çıxış edirsən...
- Hər şey elə gətirdi ki, çempionat 8 komandalı oldu. Ona görə gedəsi bir yerim olmadı. Futbolu atmamaq üçün məcbuiyyətdən diviziona üz tutdum. Dedim, heç olmasa, orda formaya düşüm. "Araz-Naxçıvan"da formamı bərpa edib, "Qəbələ"yə keçdim. "Qəbələ"dən “Kəpəz"ə getdim. Birinci dəfə aşağı dəstədən Premyer Liqaya çıxa bildim. Ümid edirəm ki, “Xəzər”də də hər şey mənim üçün yaxşı olar. Yenidən Premyer Liqaya qayıtmaq üçün hər şeyi edəcəm.
- Vaxtı ilə milli komandanın da şərəfini qorumusan. Qurban Qurbanovun təyinatını necə qarşıladın?
- O-bu gəlib boş-boşuna vaxt aparmaqdansa, özümüzünkü daha yaxşıdır. Qurban Qurbanov özünü sübut etmiş məşqçidir. Nəticələri göz qabağındadır. Başqalarından gözlədiyimizi Qurban müəllim bacarar. Özü də bütün futbolçuları tanıyır. Yəqin ki, millidə də uğur qazanar.
- Yaşın elə də çox deyil. Yenidən milli komandaya qayıtmaq barədə düşünmüsənmi? Nə vaxtsa yığmaya çağırılacağına ümidin var?
- Ora qayıtmaq üçün, gərək, Premyer Liqada ən azı 6 ay stabil oynayasan ki, səni görsünlər. İndidən bu haqda danışmaq tezdir. İlk növbədə Premyer Liqaya qayıtmalıyam.
Elnur SALAHOV
Braziliya Yaponiyaya qalib gəldi
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır