Çindən Obameyanqa yeni təklif – 72 milyon

Çindən Obameyanqa yeni təklif – 72 milyon
XƏBƏR 7 Yanvar 2018 / 13:31 3405
-  A +

Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, "Quançjou Everqrand" klubu qabonlu futbolçunu transfer etmək istəyir. Çin klubu 28 yaşlı forvard üçün almanlara 72 milyon avro ödəyə hazır olduğunu açıqlayıb. Əgər "Borussiya" Obameyanqı qışda satmaq istəməsə, qarşı tərəf yaya qədər gözləyə biləcəyini istisna etməyib.

Qeyd edək ki, Çin klubu uzun müddətdir afrikalı hücumçu ilə maraqlanır.

Son xəbərlər