Teves Çin klubundan ayrıldı - "Boka Xuniors"a qayıdır

Teves Çin klubundan ayrıldı -  "Boka Xuniors"a qayıdır
XƏBƏR 6 Yanvar 2018 / 00:20 3220
-  A +

Argentina millisinin sabiq üzvü Karlos Teves Çinin “Şanxay Şenxua” klubundan ayrılıb.

Qol.az-ın “TuC Sports”a istinadən yaydığı xəbərə görə, özünü Çində rahat hiss etməyən 33 yaşlı hücumçu karyerasını sabiq komandası “Boka Xuniors”da davam etdirəcək.

Tevesin Argentina klubu ilə 2019-cu ilə qədər müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, 2016-cı ildən Çin klubunda çıxış edən təcrübəli forvard dünyanın ənyüksəködənişli futbolçusu idi. O, həftəyə 615 min funt-sterlinq qazanırdı.

Son xəbərlər
topaz banner