"Qəbələ"nin düşərgəsində yeni futbolçular

"Qəbələ"nin düşərgəsində yeni futbolçular
ÖLKƏ FUTBOLU 5 Yanvar 2018 / 23:07 5520
-  A +

Bu gün Türkiyəyə yollanan "Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, "qırmızı-qaralar" Antalyada təşkil olunan təlim-məşq toplanışına axşam hazırlığı ilə başlayıb. Toplanışın 1-ci günündə əyalət təmsilçisinin ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.

Hazırlıq prosesində gənc oyunçular - qapıçı Əmrah Zülfüqarlı, müdafiəçi Faiq Hacıyev, yarımmüdafiəçi Abbas Ağazadə də iştirak ediblər. Əvəzedici heyətdən cəlb olunan oyunçular ilk dəfə əsas komanda ilə toplanışa qatılıblar.

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən Dion Malone də kollektivə qoşulub. O, ilk məşq günündə komandadan ayrı hazırlıq keçib.

Daha çox


Son xəbərlər
topaz banner