"Qalatasaray"da ilk ayrılıq

"Qalatasaray"da ilk ayrılıq
XƏBƏR 5 Yanvar 2018 / 22:02 4832
-  A +

Qış fasiləsində "Qalatasaray"dan ayrılan ilk futbolçu müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "sarı-qırmızılılar" Naycel de Yonqla vidalaşıb. Hollandiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, de Yonq bundan sonra karyerasını Almaniyanın "Maynts" klubunda davam etdirəcək. Təcrübəli futbolçu Bundesliqa təmsilçisi ilə razılığa gəlib.

Son xəbərlər
topaz banner