Afrikanın ən yaxşı futbolçusu müəyyənləşdi

Afrikanın ən yaxşı futbolçusu müəyyənləşdi
XƏBƏR 5 Yanvar 2018 / 11:20 2017
-  A +

Afrikada 2017-ci ilin ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb.

Afrika Futbol Konfederasiyasının apardığı sorğunun nəticəsinə görə, Misir yığmasının üzvü 625 səslə birinci olub. Salahın “Liverpul”dakı komanda yoldaşı seneqallı hücumçu Sadio Mane 507 səslə 2-ci,  Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyerr-Emerik Obameyanq isə 311 səslə 3-cü yeri tutub.

Qeyd edək ki, Məhəmməd Salah bu həftə ərəb ölkələrinin futbolçuları arasında da ilin ən yaxşısı seçilmişdi.

 


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu