Lukaku qayıdır

Lukaku qayıdır
XƏBƏR 4 Yanvar 2018 / 20:37 3637
-  A +

“Mançester Yunayted”in hücumçusu Romelu Lukaku zədəsini sağaldıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun televizyasına açıqlama verən baş məşqçi Joze Mourinyo belçikalı hücumçunun vəziyyətinin yaxşı olduğunu, İngiltərə kubokunun 1/8 finalında “Everton”la keçiriləcək oyunda iştirak edə biləcəyini deyib.

Qeyd edək ki, R. Lukaku İngiltərə Premyer liqasının 21-ci turunda "Southempton"la matçda aldığı zərbədən sonra meydandan xərəklə çıxarılmaq məcburiyyətində qalmışdı.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu