İtaliya klubunda yeni baş məşqçi

İtaliya klubunda yeni baş məşqçi
XƏBƏR 4 Yanvar 2018 / 20:10 2324
-  A +

İtaliyanın "Torino" komandasının yeni baş məşqçi müəyyənləşib.

Qol.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Sinişa Mixayloviçin istefaya göndərilməsindən sonra boşalan posta Valter Madzarri gətirilib.

57 yaşlı italiyalı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, son iş yeri İngiltərənin "Uotford” klubu olan V. Madzarri daha əvvəl vətənində "Napoli” və "İnter” kimi komandalara rəhbərlik edib.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu