"Millinin düşərgəsində olduğumuz vaxt hər bir baş məşqçini müzakirə edirik. Roman Qriqorçuk da bəyəndiyimiz mütəxəssislərdəndir və ona xüsusi rəğbətlə yanaşırıq. Sərt görünsə də, arabir belə zarafatlar etməsi bizim üçün xoşdur. "CBC Sport"un efirində danışdığım əhvalat həqiqətdir".
Qol.az-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov "Qəbələ"nin bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, "CBC Sport"da yayımlanan "Qış nağılı"nda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk barədə əhvalatı danışmazdan əvvəl həmin verilişdə olan ukraynalı mütəxəssisin özündən icazə alıb: "Bu əhvalat yadıma düşəndə danışmaq istəmədim. Çünki Qriqorçuk da kameranın arxasında idi. Düşündüm ki, eyib olar. Aparıcılar yaxınlaşaraq, Qriqorçukdan icazə aldılar. Sonra biz də baş məşqçiyə yaxınlaşdıq və onunla qucaqlaşıb görüşdük. "Qəbələ"nin baş məşqçisi ilə münasibətim çox yaxşıdır. Qurban Qurbanov qədər ona da hörmətim var. Yəni, Qriqorçukdan da icazə alındı. Bu hadisəni danışdığım vaxt o, ağzını əli tutaraq çölə çıxdı ki, gülüş səsi kameraya, efirə düşməsin. Özü də bu əhvalatı müsbət qarşıladı və güldü".
Mədətov "Qəbələ"nin üzrxahlıq tələbinə isə belə reaksiya verib: "Üzr istəməyin özü də böyüklükdür. Amma mən heç kimi təhqir etməmişəm, pisləməmişəm. Əksinə, müsbət fikir səsləndirmişəm. Burada üzr istəməli bir şey görmürəm. "Qəbələ"yə böyük hörmətim var. Neçə illərdir bu klubla rəqabət aparırıq. Burada ən önəmlisi odur ki, Qriqorçukun özünün icazəsi olub. Bu açıqlamaya görə Qurban Qurbanovun məni cəzalandıracağını düşünmürəm. Çünki cəzaya səbəb olacaq bir şey yoxdur".
Qeyd edək ki, "Qəbələ" klubu bu gün yaydığı bəyanatda Mahir Mədətovun çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirib, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayıb. Klub hesab edir ki, belə şüursuz açıqlamalar, baş məşqçi Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və "Qəbələ"nin imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alan klub "Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi