“Kəpəz”in qış fasiləsi başa çatmaq üzrədir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bir aydan çox davam edəcək hazırlıq müddətindən əvvəl futbolçular tibbi müayinədən keçəcəklər. Komandanın üzvəri bu gün və sabah həkim nəzarəti altında olacaqlar. Yanvarın 7-dən isə “sarı-göylər” məşqlərə start verəcəklər.
“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov fasilə dövrü və dəyişikliklərlə bağlı fikirlərini bildirib:
“Yəqin ki, fasilə müddətində məndən başqa hamı yaxşı istirahət etdi (gülür). Çünki bütün günü oyunçu axtarışları ilə məşğul oldum, dincəlmək bilmədim. Əsas işim-gücüm bu istiqamətdə idi. Bu vaxtlarda oyunçu tapmaq, seçmək çox çətindir. Amma yaxşı komanda formalaşdırmağa çalışacağıq. “Kəpəz”dən gedən futbolçular oldu, onlara uğurlar arzulayırıq. Heyətdə qalan uşaqlar elə fikirləşməsinlər ki, artıq yerlərini möhkəmləndiriblər, əsla belə deyil. Bu oyunçularla bir daha ciddi söhbətimiz olacaq. Verdiyimiz şansdan lazımınca yararlanmalı, özlərini yaxşı tərəfdən göstərməli, təsdiq etməlidirlər. Dəyişikliklər bundan sonra da mümkündür”.
Qeyd edək ki, qış fasiləsində “Kəpəz” 3-ü legioner olmaqla, 11 futbolçu ilə yollarını ayırıb.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi