"Braziliyalı futbolçuya təklif göndərmişik" - “Neftçi” rəsmisi

"Braziliyalı futbolçuya təklif göndərmişik" -  “Neftçi” rəsmisi
ÖLKƏ FUTBOLU 4 Yanvar 2018 / 14:17 5081
-  A +

“Neftçi” Kirill Petrovu komandada saxlayacaq.

Bu barədə Qol.az-a açıqlamasında klubun meneceri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, ukraynalı müdafiəçi Türkiyənin 1-ci liqa təmsilçisi “Giresunspor”dan təklif aldığını təsdiqləsə də, “Neftçi”də qalacağını bildirib:

“Biz bu barədə Kirillin özü ilə də danışmışıq. Onun “Neftçi” ilə yaya qədər müqaviləsi var. Ukraynalı futbolçunu buraxmaq fikrimiz yoxdur. Bu məsələ artıq bağlanıb”.

Qeyd edək ki, Petrov Ukrayna mətbuatına açıqlamasında “Giresunspor”un təklifinin maraqlı gəldiyini, ancaq bu işlərlə menecerinin məşğul olduğunu söyləmişdi.

E.Yusifov  transfer siyahılarında olan Braziliyanın ABC klubunun yarımmüdafiəçisi Vitor Juniorun məsələsinə də toxunub. Yusifov B Seriyasında çıxış edən braziliyalı futbolçuya təklif göndərdiklərini, lakin hələ də cavab almaqdıqlarını bildirib:

“Biz Vitora öz təklifimizi göndərmişdik. Amma cavab ala bilmədik. Onun başqa təklifləri də var. Yəqin onları dəyərləndirir. Hələlik məsələ tam qapanmayıb, açıq olaraq qalır. Hər şeyə sabah aydınlıq gələcək”.

Daha çox


Son xəbərlər
topaz banner