Sabiq "Qəbələ"li Livan klubunda

Sabiq "Qəbələ"li Livan klubunda
XƏBƏR 4 Yanvar 2018 / 01:00 3662
-  A +

"Qəbələ"nin sabiq futbolçusu Teo Uiks karyerasını Livanda davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, Kiprin “Ermis” klubundan ayrılan Liberiya millisinin 27 yaşlı yarımmüdafiəçisi Livanın yüksək liqasında mübarizə aparan “Əl-Ənsər” klubu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti və şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Teo ötən mövsüm icarə əsasında “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində ilk vaxtlar inamlı çıxış etsə də, sonradan əsas heyətə düşməkdə çətinlik çəkib və  geri göndərilib.

Son xəbərlər
topaz banner