Konte David Luisi buraxmır

Konte David Luisi buraxmır
XƏBƏR 3 Yanvar 2018 / 22:21 3566
-  A +

"Çelsi" futbolçusu David Luisi bu qış satmayacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte məlumat verib: "Davidin məyusluğunun səbəbini başa düşürəm. O, daha çox oynamaq istəyir. Oyunçularımın komandadan ayrılmasının tərəfdarı deyiləm".

Qeyd edək ki, D.Luis oyunlarda ona daha az şans verildiyi üçün "Çelsi"dən ayrılmaq istəyir.


Son xəbərlər
topaz banner