"Qəbələ"nin və Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın "Slaviya" klubuna yollanıb.
Qol.az-ın Sport24.az-a istinadən yaydığı xəbərə görə, müdafiəçi Amin Seydiyevlə hücumameylli yarımmüdafiəçi Rövlan Muradov Praqa təmsilçisinin düşərgəsində yer alıblar. "Qəbələ" Futbol Akademiyasının yetirmələri olan 1998-ci il təvəllüdlü futbolçular Çexiyanın ən titullu klublarından birinə baxışa gediblər. Onlar yanvarın 28-dək olacaq hazırlıq prosesində iştirak edəcəklər.
Əsasən baxışda olan futbolçular üçün nəzərdə tutulan bu hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. İlk və son mərhələ paytaxtda, ikincisi isə Çexiyanın digər şəhərində olacaq. Gənc futbolçularımızla bağlı yekun qərar məhz hazırlıq mərhələsi bitəndən sonra - bu ayın 28-də veriləcək.
Məlumatı "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov təsdiqləyib. O, bu iki futbolçunun "Slaviya"ya baxışa yollanmasıyla bağlı bir neçə müddət əvvəl danışıqların başlandığını söyləyib: "Amin və Rövlanla bağlı hazırladığımız videoları çexlərə göndərdik. Bununla onlarda futbolçularımız haqda ilkin fikirlər yarandı. Seydiyevlə Muradov "Slaviya"da 3 həftəlik qış toplanış dönəmində hazırlıq keçəcək. Bu, bir növ baxış olacaq. Ümid edirik ki, futbolçularımız "Slaviya"da özlərini yaxşı tərəfdən göstərərək qalacaqlar. Əlbəttə, onların "Qəbələ"ylə müqavilələri var. Ancaq indi "Slaviya"nın futbolçularımızla tanışlıq mərhələsidi. Onlar Aminlə Rövlanı bəyəndikdən sonra artıq iki klub arasında transferlə bağlı danışıqlar olacaq. Onda məsələ danışıqlar mərhələsinə qədəm qoyacaq. Hələliksə futbolçuların baxış mərhələsidi".
Seydiyevlə Muradovu Çexiyaya FİFA agentimiz Vaqif Heydərli aparıb. O, azərbaycanlı futbolçuları xaricə aparan yeganə menecerimizdi. Bunadək Heydərli "Qəbələ" Futbol Akdaeiyasının digər yetirməsi, U-19 yığmamızın üzvü olan yarımmüdafiəçi Fərid Nəbiyevi "Slaviya"ya aparıb. Fərid Praqa klubuna keçərək onun B komandasında çıxış edir. Daha öncə isə digər gənc yarımmüdafiəçi Budaq Nəsirov Lissabonun "Sportinq" klubuna keçərək əvəzedici komandasında oynayır.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib