"Bavariya" yeni futbolçu almayacaq

"Bavariya" yeni futbolçu almayacaq
XƏBƏR 3 Yanvar 2018 / 20:22 2705
-  A +

"Bavariya" bu qış heyətinə yeni futbolçu qatmayacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. Bu ay Sandro Vaqneri alan "Bavariya"nın çalışdırıcısı başqa transferə ehtiyac duymadıqlarını bildirib.

Y.Haynkes S.Vaqnerlə Robert Levandovskini birgə oynadacağını və 4-4-2 sistemi ilə meydana çıxacaqlarını vurğulayıb.


Son xəbərlər
topaz banner