"Xəzər Lənkəran"ın sabiq legioneri "Kəpəz"də - rəsmi

"Xəzər Lənkəran"ın sabiq legioneri "Kəpəz"də -  rəsmi
ÖLKƏ FUTBOLU 3 Yanvar 2018 / 17:55 8288
-  A +

Qış fasiləsində bir neçə oyunçu ilə vidalaşan “Kəpəz” heyətinə iki futbolçu cəlb edir.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bir müddətdir danışıq apardıqları Dieqo Souza ilə razılıq əldə olunub. 29 yaşlı  futbolçu yanvarın 8-də Bakıya gələcək. Onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Souza ölkəmizə yad futbolçu deyil. 2008-2011-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş yarımmüdafiəçi daha sonra Bakı “İnter”inə keçmişdi. Onun “Xəzər Lənkəran”a 2-ci qayıdışı isə 2015-ci ilin yayında, məhz Yunis Hüseynovun cənub klubuna baş məşqçi təyin olunduğu dövrə təsadüf edir. Souza 2015-2016 mövsümündə isə "Zirə"də çıxış edib.

"Kəpəz"in digər transferi isə Tərzin Cahangirovdur. Son klubu "Neftçi" olan yarımmüdafiəçi ilə yanvarın 6-da 1 illik müqavilə imzalanacaq.

Daha çox


Son xəbərlər
topaz banner