Balotelli İtaliyaya qayıdır?

Balotelli İtaliyaya qayıdır?
XƏBƏR 3 Yanvar 2018 / 17:20 4362
-  A +

“Nitsa”nın hücumçusu Mario Balotelli yenidən İtaliyada çıxış edə bilər.

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, “Napoli” təcrübəli futbolçunu heyətinə qatmaq istəyir.

Fransa klubunun əsas qol silahı A Seriyasının liderinə keçməyin əleyhinə deyil. Hətta transferin qış fasiləsində gerçəkləşəcəyi də istisna olunmur.

Qeyd edək ki, vaxtı ilə “Milan”da da çıxış etmiş Balotellinin “Nitsa” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Hələlik ona yeni müqavilə təklif olunmayıb.

Son xəbərlər
topaz banner