"Bavariya"da qapıçı problemi

"Bavariya"da qapıçı problemi
XƏBƏR 3 Yanvar 2018 / 16:35 3604
-  A +

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  bir müddətdir Manuel Noyerin xidmətindən məhrum olan Münhen təmsilçisinin digər qapısı Sven Ulrayx da zədələnib.

29 yaşlı qolkiper Qətərdəki təlim-məşq toplanışında sıradan çıxıb. Məşq zamanı Ulrayxın barmağı sınıb.

Ulrayxın nə vaxt sıraya dönəcəyi haqda məlumat verilməyib.

Qeyd edək ki, "Bavariya"nın əsas qapıçısı Manuel Noyer ötən ilin oktyabr ayından zədə səbəbindən komandasına kömək edə bilmir.

Son xəbərlər
topaz banner