"Fənərbaxça"nın yeni hədəfi - Olivye Jiru

"Fənərbaxça"nın yeni hədəfi -  Olivye Jiru
XƏBƏR 3 Yanvar 2018 / 14:14 4387
-  A +

Fransa millisi və “Arsenal”ın hücumçusu Olivye Jiru karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb. Robin van Persi ilə yollarını ayırmağa hazırlaşan İstanbul klubu hücum xəttindəki boşluğu “topçular”ın forvardı ilə doldurmaq istəyir. Bugünlərdə "Fənər"in "Arsenal"a təklif göndərəcəyi gözlənilir.

Jiru özü də Türkiyədə çıxış etməyin əleyhinə deyil. Fransa millisi ilə DÇ-2018-də iştirak etmək istəyən hücumçu daim əsas heyətdə meydana çıxa biləcəyi klub axtarır.

Son xəbərlər
topaz banner