Millimizin futzalçısı Braziliya klubunda

Millimizin futzalçısı Braziliya klubunda
XƏBƏR 3 Yanvar 2018 / 12:26 3967
-  A +

Bu mövsümün yarısını “Araz”da keçirən millimizin futzalçısı Karvalho dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

Qol.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, o, artıq özünə yeni komanda tapıb.

Vilela dünən “Copagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

Son xəbərlər
topaz banner