400 minlik futbolçunu "Qarabağ" istəyir?

400 minlik futbolçunu "Qarabağ" istəyir?
ÖLKƏ FUTBOLU 3 Yanvar 2018 / 11:31 10987
-  A +

Rumıniya “Dinamo”sunun futbolçusu Steliano Filipi transfer etmək istəyən Azərbaycan klubunun adı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Rumıniya mətbuatı bu klubun "Qarabağ" olduğunu iddia edib. Ağdam təmsilçinin 23 yaşlı müdafiəçi üçün təklif göndərdiyi bildirilib. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi yazılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan klublarından birinin S.Filiplə maraqlandığı yazılmışdı. Ancaq həmin klubun adı açıqlanmamışdı.

Hələlik "Qarabağ" klubu məsələyə münasibət bildirməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
28.06.26  17:13

Kyeza göndərilir

topaz banner