“Bizi “Yuventus”a qarşı əsl döyüş gözləyir”

“Bizi “Yuventus”a qarşı əsl döyüş gözləyir”
XƏBƏR 3 Yanvar 2018 / 00:51 3382
-  A +

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalında “Yuventus”a qarşı keçirəcəkləri oyunlardan danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 45 yaşlı mütəxəssis Turinə ilk dəfə səfər edəcəyini bildirib:

“Püşkatmadan sonra düşündüm ki, nəhayət tarixi vətənimə gedəcəyəm. İtaliyaya bir neçə dəfə səfər etsəm də, Turində olmamışam. Gərgin qrafik babamın yaşadığı yerləri ziyarət etməyə imkan verməsə də, Turinin havası ilə nəfər alacağam.

1/8 finala yüksəlmisənsə, “Yuventus” kimi komamdalara qarşı oynamağa hazır olmalısan. “Qoca Sinyora” çox güclü rəqibdir. Onlar son 3 ildə 2 dəfə ÇL-in finalına yüksəliblər. Bizi gərgin 180 dəqiqədə, əsl döyüş gözləyir”.

Son xəbərlər
topaz banner