Belçikanın ən yaxşı oyunçusu odur

Belçikanın ən yaxşı oyunçusu odur
XƏBƏR 2 Yanvar 2018 / 22:50 3176
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard Belçikada 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qol.az-ın məlumatına görə, bunu Belçika Futbol Federasiyasının rəsmi saytı açıqlayıb.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne 2-ci, "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku isə 3-cü olub.

Qeyd edək ki, Hazard ötən il 52 matçda meydana çıxıb. O, 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
topaz banner