“Mançester Yunayted”dən yeni rekord

“Mançester Yunayted”dən  yeni rekord
XƏBƏR 2 Yanvar 2018 / 20:25 6685
-  A +

“Mançester Yunayted” yeni rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, “qırmızı şeytanlar” Premyer Liqada eyni rəqib üzərində qazandığı qələbə sayında digər ingilis klublarını qabaqlayıb.

Son turda “Everton”u məğlub edən (2:0) Joze Mourinyonun komandası sözügedən komanda üzərində 35-ci qələbəsini qazanıb.

Bundan əvvəlki rekord da MY-yə məxsus idi. Komanda ölkə çempionatında “Aston Villa”ya 34 dəfə qalib gəlib.

Son xəbərlər
topaz banner