"Kəpəz" 8 futbolçusu ilə yolları ayırdı

"Kəpəz" 8 futbolçusu ilə yolları ayırdı
ÖLKƏ FUTBOLU 2 Yanvar 2018 / 18:30 6634
-  A +

“Kəpəz”in 8 futbolçusunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandadan gedən futbolçuların hamısı yerli oyunçudur.

Qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib.

Daha çox


Son xəbərlər
topaz banner