"Pedronun PAOK-a qayıdacağını istisna etmək olmaz"

"Pedronun PAOK-a qayıdacağını istisna etmək olmaz"
XƏBƏR 2 Yanvar 2018 / 13:10 5829
-  A +

Fasilədən istifadə edən "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike vətənində istirahət edir.

Qol.az-ın məlumatına görə, bu haqda Yunanıstanın "metrosport.gr" saytı xəbər yayıb. Enrikenin sosial şəbəkələrdə yay paltarlarında şəkillər paylaşdığını qeyd edən sayt futbolçunun tətilini yaxşı keçirdiyini yazıb:

"Pedro 27 dərəcə istidə dincəlir. İnternetdə isə yay geyimlərində şəkil və videolarını dostları ilə paylaşır. Bu isə onu göstərir ki, futbolçu istirahətini heç də pis keçirmir".

Yunan həmkarlarımız Enrikenin gələcək taleyinə də toxunublar: "Onun gələcək karyerası necə olacaq? Pedronun PAOK-a qayıdacağını istisna etmək olmaz".

Qeyd edək ki, "Qrabağ" Enrikeni mövsümün əvvəlində yunan klubundan icarəyə götürüb. Onun Ağdam klubu ilə müqaviləsi yayda başa çatacaq.

Son xəbərlər
topaz banner