Ağdam klubunun 2009-10-cu il təvəllüdlü futbolçuları Bakı çempionatının birinci dərəcəli diplomuna layiq görülüblər
Son illər uşaq futboluna diqqəti ayıran “Qarabağ” artıq bunun bəhrəsini görməyə başlayıb. Qol.az-ın məlumatına görə, Ağdam klubunun aşağı yaş qrupları üzrə komandalarının müxtəlif yarışlarda göstərdiyi nəticələr də bunu deməyə əsas verir.
Uzağa getməyək, oktyabr-dekabr aylarında keçirilən “Sabahın ulduzları” çempionatında “Qarabağ”ın 2009-2010-cu il təvəllüdlü uşaqlarından ibarət komandası birinci dərəcəli diploma layiq görülüb.
Yarışın təşkilatçısı olan Bakı Futbol Federasiyasının vitse-prezidenti Mahir Süleymanov da saytımıza açıqlamasında “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarının turnirdə layiqincə iştirak etdiyini vurğulayıb:
“Bu il 15-ci dəfə təşkil olunan “Sabahın ulduzları” Bakı çempionatında 3 yaş qrupu üzrə yarışlar keçirildi. 7 komandanın mübarizə apardığı 2006-cı il, 9 komandanın mübarizə apardığı 2008-ci il təvəllüdlü uşaqların yarışında qalib “Keşlə” komandası oldu. 2009-2010-cu il təvəllüdlü uşaqların çempionatında isə “Neftçi” hamını qabaqladı. 
9 yaşlı Cəfər Əliyev "Qarabağ"ın aşağı yaş qrupunun
ümid vəd edən futbolçularından hesab olunur
“Qarabağ”ın 2009 və 2010-cu il təvəllüdlü uşaqlardan ibarət komandası isə gözəl oyuna görə birinci dərəcəli mükafata layiq görüldü və onlara kubok təqdim edildi. Baş məşqçi Elbrus Rzayev çox gözəl komanda formalaşdırıb. 1-ci oyunla sonuncu oyunlarını müqayisə edəndə onların sözügedən mükafata layiq olduqlarını söyləmək olar.
“Qarabağ”ın heyətində kifayət qədər istedadlı uşaqlar var. Mən əminəm ki, onların içində Azərbaycan futbolunun, o cümlədən də “Qarabağ”ın gələcək ulduzları var. Ümumiyyətlə, “Qarabağ” klubu 2006-cı ildən bu yana keçirilən çempionata böyük önəm verir, qayğılarını əsirgəmirlər. Daim mükafatçılar sırasında yer alırlar”.
Yuxarı
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Millətlər Liqasında daha 8 oyun
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə