"Sançes "Arsenal"da qalacaq" - Qvardiola

"Sançes "Arsenal"da qalacaq" - Qvardiola
XƏBƏR 1 Yanvar 2018 / 13:02 5226
-  A +

"Arsenal"ın hücumçusu Aleksis Sançes qış transfer pəncərəsində "Mançester Siti"yə keçməyəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə "AS" nəşrinə açıqlamasında "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola məlumat verib. İspan mütəxəssisin sözlərinə görə, Qabriel Jesusun zədələnməsi onun çilili forvardla bağlı fikirlərini dəyişməyəcək:

"Bu xəbərlərin haradan çıxdığını bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, Jesusun zədəsi vəziyyəti dəyişməyəcək. Sançes mövsümün sonuna kimi "Arsenal"da qalacaq".

Qeyd edək ki, Sançesin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Britaniya mətbuatı məhz bundan sonra təcrübəli forvardın "Mançester Siti"yə keçəcəyini ehtimal edir.

Son xəbərlər
topaz banner