"Neftçi"dən Kirill Petrov açıqlaması

"Neftçi"dən Kirill Petrov açıqlaması
XƏBƏR 1 Yanvar 2018 / 12:35 5069
-  A +

"Neftçi" klubunun meneceri Eldəniz Yusifov Ukrayna mətbuatının Kirill Petrovun "Giresunspor"a keçəcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.

O, Qol.az saytına açıqlamasında məlumatı təkzib edib: "Xəbəri mən də mətbuatdan oxudum. Amma belə bir şey yoxdur. Petrova təklif gəlsəydi, zəng vurub kluba məlumat verərdi. Bizə isə bu barədə heç nə deyilməyib".

Qeyd edək ki, Ukrayna mətbuatı 27 yaşlı müdafiəçinin "Giresunspor"la razılığa gəldiyini və komandanın Antalyada keçiriləcək təlim-məşq toplanşına qatılacağını yazıb.

Son xəbərlər
topaz banner