"Qəbələ" klubunun yeni transferi Təmkin Xəlilzadənin müsahibəsi
- İlin son günlərində klubunu dəyişdin. Necə oldu ki, bu transfer gerçəkləşdi?
- "Qəbələ"dən təklif gəldi. "Zirə" ilə müqaviləm daha 6 ay qüvvədə idi. Öz klubumun rəhbərliyi ilə oturub danışdıq. Sağ olsunlar, onlar da məni anlayışla qarşıladılar. İkitərəfli razılıq əsasında "Zirə" ilə sözləşməmə xitam verildi. Nəticədə "Qəbələ" ilə anlaşdım. Artıq irəli baxmaq lazımdır. Görək, bundan sonra necə olacaq...
- "Qəbələ" sənin transferin üçün "Zirə"yə heç bir məbləğ ödəmədi?
- Düzü, bunu bilmirəm. Yəqin ki, klublar arasında da danışıqlar olub. Özüm də "Zirə" rəhbərliyi ilə danışdım. Onlar da mənə maneçilik törətmədilər. "Qəbələ" ilə "Zirə" arasındakı danışıqların detallarından məlumatsızam.
- Hamı gözləyirdi ki, "Zirə"də qalacaqsan, komandanı dəyişsən belə, "Qarabağ"a keçəcəksən. Bu mənada düşünmürsən ki, "Qəbələ"yə keçidin sürpriz oldu?
- Düzü, bu, mənim üçün də gözlənilməz oldu. Amma mövsümün ilk yarısının gedişində - qış fasiləsindən iki ay əvvəl "Qəbələ"nin mənimlə maraqlandığına dair söz-söhbətlər qulağıma çatırdı. Ortada isə rəsmi bir şey yox idi. Rəsmi təklif fasilə zamanı gəldi. Daha dəqiqi, danışıqlar dekabrın 25-dən sonra başladı. Necə deyərlər, oturduq, dəyərləndirdik.
- "Zirə" və "Qəbələ" fərqli taktikalarla oynayır. Yeni klubunda özünü sol cinah müdafiəçisi, yoxsa eyni mövqedə yarımmüdafiəçi mövqeyində görürsən?
- Mənim üçün hər iki mövqe yad deyil. Həm müdafiədə, həm də yarımmüdafiədə oynadığımdan, bunların mənə problem yaradacağını düşünmürəm. Məncə, sistem olaraq da çətinliklə üzləşməyəcəyəm. "Qəbələ"nin də "Zirə"yə oxşar taktiki sxemlə oynadığı qarşılaşmalar olurdu. Üstəlik, rəqabətdən də qorxmuram. Biz futbolçuyuq. Kimlərlə rəqabət aparacağımızı gözəl anlayır, bilirik. Mən oynayacağam deyə bir şey yoxdur. "Qəbələ"yə uğur qazanmaq üçün keçmişəm. Hədəflərim, düşüncələrim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq və "Qəbələ"də böyük uğurlara imza atacağam.
- Səni "Qəbələ"yə buraxmaqla, "Zirə"nin zəifləyəcəyini düşünmürsən?
- Xeyr, heç vaxt belə fikirləşmərəm. Çünki "Zirə" deyəndə Təmkin yada düşmür, bu komanda təkcə məndən ibarət deyil. Orada yetərincə yaxşı oyunçular, legionerlər var. Yaxşı kollektivimiz var idi. Məncə, "Zirə" yenə öz oyununu ortaya qoyacaq. "Təmkin yoxdursa, "Zirə" də olmayacaq" kimi bir deyim yoxdur. Komandanı məndən başqa da tərk edənlər olub. Amma onların yerinə yeni oyunçular gələcək. Digər tərəfdən, artıq "Qəbələ"nin oyunçusu kimi danışsam, əsas rəqiblərimizdən biri kimi "Zirə"ni qeyd edərdim. Aramızda cəmi 1 xal fərq var. Bizi çox ağır mübarizə gözləyir.
- Maliyyə şərtlərində hansı dəyişikliklər var?
- Təbii ki, "Qəbələ" daha yaxşı şərtlər təklif edib. Amma məbləği açıqlaya bilmərəm.
- 2017-ci ili özün üçün necə dəyərləndirərdin?
- Karyeram baxımından, uğurlu dəyərləndirmək olar. Çünki "Zirə" ilə Avropa Liqasına vəsiqə qazandıq, avrokuboklarda debüt etdim. İlk dəfə milli komandaya çağırıldım və yığmada debüt etdim. Nəhayət, ilin son günlərində "Qəbələ" ilə müqavilə bağladım.
Mənbə: sportnet.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi