Millimizin üzvü "Qəbələ"də - rəsmi

Millimizin üzvü "Qəbələ"də -  rəsmi
ÖLKƏ FUTBOLU 30 Dekabr 2017 / 20:40 5979
-  A +

“Qəbələ” milli komandamızın üzvü Təmkin Xəlilzadəni transfer edib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.

Son klubu "Zirə" olan 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Təmkin indiyədək "Qarabağ", AZAL və "Zirə"nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki qol ötürməsi edib.

O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.

Daha çox


Son xəbərlər
topaz banner