"Qarabağ"ın iki, "Qəbələ"nin bir futbolçusu "Zirə"də

"Qarabağ"ın iki, "Qəbələ"nin bir futbolçusu "Zirə"də
ÖLKƏ FUTBOLU 30 Dekabr 2017 / 17:36 8744
-  A +

“Zirə” heyətini 4 yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayevlə anlaşıb.

Tellur Mütəllimov və İbrahim Aslanlı ilə 2 il yarım, Mirsahib Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb. Elşən Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək.

Xatırladaq ki, "Zirə" qış fasiləsində rumıniyalı müdafiəçi Qabriel Mateylə yollarını ayırıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner