"Barselona" yeni müdafiəçi alır

"Barselona" yeni müdafiəçi alır
XƏBƏR 30 Dekabr 2017 / 17:20 6616
-  A +

“Barselona” heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır.

Qol.az-ın “Diario Sport”a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu “Palmeyras”ın müdafiəçisi Erri Minanı transfer edir.

Bu transferin Xavyer Maskeronanın “Barsa”dan ayırlmasından sonra baş tutacağı bildirilir. Maskeranonun yaxın günlərdə Çinin "Xebay Çayna Forçun" klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 23 yaşlı Mina Kolumbiya millisinin üzvüdür.

Son xəbərlər
topaz banner