Şotlandiya klubu "Qəbələ" ilə danışıqlara başladı

Şotlandiya klubu "Qəbələ" ilə danışıqlara başladı
XƏBƏR 30 Dekabr 2017 / 16:30 5355
-  A +

Şotlandiya mətbuatı “Qəbələ”də icarə əsasında çıxış edən "Reyncers"in futbolçusu Endi Hallideylə bağlı növbəti xəbəri yayıb.

Qol.az-ın "Sunday Mail"ə istinadən yaydığı  xəbərə görə, Qlazqo təmsilçisi Hallideyin müqaviləsinin pozulması ilə bağlı "Qəbələ" ilə danışıqlara başlayıb.

Onun "qırmızı-qaralar"la 1 illik anlaşmasına vaxtından əvvəl xitam verilməsi gözlənilir.

“Reyncers”in yeni baş məşqçi Qrem Marti Hallideyi komandaya qaytarmaq istəyir.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Qəbələ”də 7 oyuna çıxıb. 

Son xəbərlər
topaz banner