U-18 millisində yeni məşqçi

U-18 millisində yeni məşqçi
XƏBƏR 29 Dekabr 2017 / 15:08 3592
-  A +

Bu yaxınlarda "Kəpəz"in əvəzedici komandasından istefaya göndərilən Azər Məmmədov 18 yaşadək futbolçulardan ibarət yığmada işləyəcək.

Bu barədə Qol.az-a gənc mütəxəssis özü məlumat verib. Onun sözlərinə görə, hər şey əsas millinin baş məşqçisi Qurban Qurbanovun təşəbbüsü ilə baş tutub:

"Bəli, belə bir şey var. Təklif U-18-in baş məşqçisi Zaur Həşimovdan gəlib. Amma hər şey Qurban Qurbanovun təşəbbüsü ilə olub. Çox güman ki, bundan sonra yığmada çalışacam. Mənə inandıqları üçün hər birinə təşəkkür edirəm. Etimadı doğrultmağa çalışacam".

Qeyd edək ki, Məmmədov yeni yaradılan U-18 yığmasının baş məşqçisi Zaur Həşimovun köməkçisi olacaq.

Son xəbərlər