"Qvardiola "Mançester Siti"yə "Barsa"nın kodlarını yükləyir"

"Qvardiola "Mançester Siti"yə "Barsa"nın kodlarını yükləyir"
XƏBƏR 29 Dekabr 2017 / 14:27 5060
-  A +

"Barselona"nın sabiq futbolçusu Xavi Hernandez "Mançester Siti"nin cari mövsümdəki çıxışını dəyərləndirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 37 yaşlı yarımmüdafiəçi Xosep Qvardiolanın başçılıq etdiyi ingilis klubunu vaxtı ilə oynadığı "Barsa"ya bənzədib: "Qvardiola "Mançester Siti"yə "Barselona"nın kodlarını yükləyir. Pepin komandaları kollektiv oyunla qələbə qazanırlar. Amma buna baxmayaraq, hərdən özəl futbolçulara ehtiyac duyulur. "Barselona"da Messi var idi, "Mançester Siti"də isə Kevin de Bruyne. Top onda olanda xüsusi nəsə edəcəyini hiss etdirir".

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 20 turdan sonra (19 qələbə, 1 heç-heçə) 58 xalla turnir cədvəlinə başçılıq edir. "Şəhərlilər" ən yaxın izləyicisi "Mançester Yunayted"i 15 xal qabaqlayır.

Son xəbərlər