“Barselona”nı “İnter”ə dəyişə bilər

“Barselona”nı “İnter”ə dəyişə bilər
XƏBƏR 29 Dekabr 2017 / 00:23 4974
-  A +

Jerar Deulofeu qış transfer pəncərəsi zamanı “Barselona”nı tərk edə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “İnter” 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

İspan futbolçu cari mövsüm La Liqada 9 oyunda forma geyib və 1 qol vurub. 2 klub arasında razılıq əldə olunsa, “İnter” Deulofeunu 2 illik icarəyə götürəcək.

Qeyd edək ki, Jerar Deulofeu ötən mövsüm icarə əsasında “Milan”da çıxış edib.

Daha çox


Son xəbərlər