36 yaşlı Xoakin Sançezlə yeni müqavilə

36 yaşlı Xoakin Sançezlə yeni müqavilə
XƏBƏR 28 Dekabr 2017 / 17:45 3386
-  A +

İspaniyanın "Betis" klubu futbolçusu Xoakin Sançezlə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayına qədər Sevilya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, komandanın kapitanı olan Xoakin "Betis"in yetirməsidir. "Valensiya", "Malaqa" və "Fiorentina" kimi klublarda da çıxış edən təcrübəli futbolçu 2015-ci ildə yenidən doğma komandasına qayıdıb. İspaniya millisində 51 oyun keçirən futbolçu 4 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner