Mandzukiç Çin klubuna “yox” dedi

Mandzukiç Çin klubuna “yox” dedi
XƏBƏR 28 Dekabr 2017 / 16:55 2452
-  A +

“Yuventus”un hücumçusu Mario Mandzukiç Çin klubundan aldığı təklifi rədd edib.

Qol.az-ın “goal.com”a istinadən məlumatına görə, 31 yaşlı futbolçuya “Hebey Çayna Forçun” klubu təklif göndərib.

Lakin karyerasını Turin klubunda davam etdirmək istəyən xorvatiyalı forvard Çin klubuna “yox” cavabı verib.

Qeyd edək ki, Mandzukiç 2015-ci ildən “Yuventus”da çıxış edir.

Son xəbərlər