Bu gün “ASAN Məktub” layihəsinə dəstək verən “Neftçi”nin təşkilatçılığı ilə “Bakcell Arena”da tədbir keçirilib.
Qol.az-ın xəbərinə görə, yeni il ərəfəsində keçirilən tədbirdə sosialyönlü fəaliyyətə xüsusi əhəmiyyət verən “Neftçi” “ASAN Məktub” layihəsi çərçivəsində 12 nəfər uşağın arzusunu gerçəkləşdirib.
Əvvəlcə “Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olan uşaqlar komandamızın üzvləri ilə yaşıl meydana çıxıblar. Sonra tədbirin rəsmi hissəsi keçirilib. Burada “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanın baş məşqçisi Tərlan Əhmədov çıxış edərk ürək sözlərini bildiriblər.
Ardınca Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də “Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandanın baş məşqçisi İslam Kərimov, “Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara hədiyyələri təqdim ediblər. Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə