Fransada ilin ən yaxşı əcnəbi futbolçusu

Fransada ilin ən yaxşı əcnəbi futbolçusu
XƏBƏR 28 Dekabr 2017 / 14:18 2740
-  A +

Fransa Liqasında ilin ən yaxşı əcnəbi futbolçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani “France Football” nəşrinin sorğusunun nəticələrinə əsasən, birinci olub.

30 yaşlı forvard siyahıda komanda yoldaşı Neymar və Marko Verrattini, “Monako”dan isə Radamel Falkaonu qabaqlayıb.

Qeyd edək ki, 2017-ci ildə Fransa çempionatında 37 oyun keçirən Kavani 36 qol vurub, 6 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu bu mövsüm 19 qolla bombardirlər yarışına başçılıq edir.

Son xəbərlər
topaz banner